Accessibility links

Nümayəndələr Palatasının spikeri İsrail baş nazirinin Konqresin ortaq iclasında çıxış etməsini istəyir

ABŞ Nümayəndələr Palatasının spikeri Con Beyner İsrail baş naziri Benyamin Netanyahunu Konqresin gələn ay keçiriləcək ortaq iclasında çıxış etməyə dəvət edib. Lakin Ağ Ev bu təklifə tərəddüdlə yanaşır.

Beyner fevralın 11-ə olan dəvəti çərşənbə günü açıqlayıb. Bu dəvət respublikaçıların İrana qarşı daha sərt sanksiyalar çağırışının bir hissəsidir.

ABŞ və digər dünya qüdrətləri Iranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün Tehranla razılıq əldə etməyə çalışırlar. Cənab Netanyahu İranın böyük düşmənidir və ABŞ-la İran arasında aparılan danışıqlar zamanı ABŞ-ın İrana çox güzəştə getməsi ilə bağlı narahatlığını dilə gətirib.

İsrail lideri daha öncə iki dəfə Konqresin qarşısında çıxış edib. Lakin Beyner bu dəfə Netahnayunu Obamanın sanskiyaların əleyhinə olduğu üçün onunla üzləşmək məqsədilə dəvət edib.

Obama bildirib ki, Konqres İrana qarşı daha çox sanksiya təsdiq etdiyi halda o, sanksiyaları veto edəcək.

Ağ Evin sözçüsü Coş İrnest bildirib ki, Ağ Evin Netanyahunun səfərindən Beynerin onu dəvət etdikdən sonra xəbəri olub. İrnest qeyd edib ki, bu dəvət hər zamankı protokoldan kənar olacaq, çünki protokola əsasən xarici dövlət başçısı ölkəyə səfər etməzdən öncə həmkarı ilə əlaqə saxlamalıdır.

XS
SM
MD
LG