Accessibility links

ABŞ din azadlığının qlobal səviyyədə narahat doğuran səviyyədə olduğunu qeyd edir


Birləşmiş Ştatlar bütün dünyada din azadlığı sahəsində vəziyyətin narahatlıq doğuran səviyyəsini təsvir edərək, xüsusilə də küfr və dönüklüyə görə ağır cəzlaların tətbiq edildiyi bəzi müsəlman icmalarını qınayır.

"Bütün dünyadakı ölkələrin dörddə birində anti-küfr qanunları var, hər onundan birində isə insanlar dönüklüyə görə cəzalandırlır,” deyə çərşənbə günü Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı üzrə nümayəndəsi Deyvid Saperstin Amerikanın Səsinə müsahibəsində bildirib. “Bu, ciddi bir problemdir, çünki bəzən buna görə ya ölüm cəzası, ya da başqa amansız cəzalar alırlar və bu, bütün dünyada mövcud olan bir problemdir.”

Saperstin vurğulayıb ki, bu qanunlar “insanları hakimiyyətdə olanların xoşuna gəlməyən inanclarını ifadə etdiklərinə görə cəzalandırır. Heç kəs bunu dinc bir şəkildə etdiyi təqdirdə, dini baxışlarını ifadə etdiyinə görə cəzalandırılmamlıdır.”

Hesbatda qeyd edilir ki, “ şəxsi qan davaları və ya mənfəətləri xatirinə yanlış ittihamlar irəli sürmək qeri-adi bir hal deyil. Bu cür itthamlar nəticəsində qrup tərəfindən zorakılıq halları da narahatlıq doğurur.”

Dövlət Departamenti bildirib ki, “bütün dünya boyu hökümətlət dini qruplar, əsasən də azlıqda olan dini qruplar və həmin ölkədə ənənəvi olaraq qəbul edilməyən dinlərə qarşı nəzarəti gücləndirir.”

Hesabatda bir çox ölkə xüsusi qeyd edilib və həmin ölkələrdə hökümətlərin iddia olunduğuna görə Məhəmməd Peyğəmbəri və ya İslamın müqəddəs kitabı olan Quranı təhqir edən onlayn yazılar da daxil olmaqla bir çox ittihamlarla insanları hədəf aldığı deyilir.

Hesabatda bildirirlir ki, Paksitanda 40 nəfər küfr ittihamlı ilə ölüm cəzası ilə üzləşir. Onların əksəriyyəti isə dini azlıqların nümayəndələridir.

Hesabtda həmçinin qeyd edilir ki, İslam Dövləti və Boko Haram qrupları “dünyada din azadlığını ən ciddi şəkildə pozanlar arasında öndə gəlir. İŞİD cihadçılarının ABŞ Dövlət katibi Con Kerrinin bildirdiyi kimi “yezidlər, xrtistianlar, şiələr və nəzarət etdikləri ərazilərdəki digər qruplara qarşı soyqırım törətdiyi” bildirirlir. “İŞİD nəzarət etdiyi ərazilərdə dini və etnik azlıqlar, eləcə də sünnilərə qarşı barbar rəftar, qətl, işgəncə, əsarət altına alınma, zorlama kimi əməllərə görə məsuliyyət daşıyır”-hesabatda bildirilir.

Dövlət Departamenti bildirib ki, Boko Haram Afrikada “onların irəli sürdüyü zorakı ideologiyaya qarşı çıxan həm müsəlmanlar, həm də xrsitinları hədəf alan zorakı hücumlar törətməyə davam edir.”

“Boko Haram ibadət edən insanların ölümləri ilə nəticələnən məscid və kilsələrdə törədilən bir sıra hücumlara görə məsuliyyəti öz üzərinə götürüb,” hesabatda bildirilir.

Hesabatda həmçinin İranda hökümətin “Allaha qarşı düşmənçilik” kimi tərcümə edilən moharebeh itithamları ilə 20 şəxsin edam edilməsi pislənir.

Dövlət Departamentinin hesabatında Çində də din azadlığı sahəsində vəziyyətinin pis olduğu qeyd edilib və rəsmi Pekin hökumətinin “qeyri-qanuni strukturları hədəf alan hökümət kampaniyasının bir hissəsi olaraq bir neçə protestant və katolik kilsənin sökülməsi və min beş yüzdən çox xaçın oradan götürülməsini əmr etdiyi” bildirilib.

Hesabatda həmçinin Rusiyanın "Rusiya Pravoslav Kilsəsinə başqalarından fərqli olaraq imtiyazlar verməyə davam etdiyi və müsəlmanlar, eləcə də digər dini qrupların fəaliyyətlərini məhdudlaşdırdığı" qeyd edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG