Accessibility links

Iran prezidenti ABŞ və İsrailə xəbərdarlıq verib

  • Amerikanın səsi

Iran prezidenti ABŞ və İsrailə xəbərdarlıq verib

Iran prezidenti ABŞ və İsrailə xəbərdarlıq verib

İran prezidenti Mahmud Əhmədinejad ABŞ və İsrailə nüvə obyektlərinə qarşı hücum etməmək barədə xəbərdarlıq verib. Misirin "Əl-Əxbər" qəzetinə müsahibə verən dövlət başçısı deyib ki, İran heç kimə ona qarşı ölçülər götürməyə yol verməyəcək.O, İranın hərbi qabiliyyətinin Amerika və İsraili qorxutduğunu bildirib.

ABŞ mətbuatının yazdığına görə, BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə silahları üçün texnologiya üzərində işlədiyinə dair kəşfiyyat məlumatlarını açıqlayıb.

Washington Post yazır ki, məlumatı nəzərdən keçirən Qərb diplomatları və nüvə ekspertləri İranın xarici alimlərin yardımı ilə bu sahədə ciddi inkişaflar əldə etdiyini bildirib.

Atom Enerjisi Agentliyinin sabiq rəsmisi Deyvid Olbrayt İranın nüvə partlayışına yol aça biləcək kapsul dizayn etdiyini və sınağa hazır olduğunu deyib.

New York Times qəzeti isə kəşfiyyat məlumatına dair rəsmilərin İranın belə qurğuları sınaqdan keçirmək üçün obyektləri olduğuna inandıqlartını bildirib.

İran ruhanisi Ayətulla Əhməd Xatəmi məlumatı yalan adlandıraraq, bunun Beynəlxalq Atom Enerjisi Agentliyinin etibarına xələl gətirdiyini bildirib.

XS
SM
MD
LG