Accessibility links

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın Pərçin obyektinin araşdırılmasına çağırır

  • Amerikanın səsi

BMT-nin Vyanadakı nüvə proqramlarına nəzarət idarəsinin gündəliyindəki başlıca məsələ İranın nüvə proqramının araşdırılmasıdır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin idarə heyəti İranı müfəttişlərin araşadırma aparması üçün Pərçin nüvə obyektinin qapısını açmağa çağırıb. Oxşar çağırışı bu günlərdə Birləşmiş Ştatlar da səsləndirmişdi.

Peykdən çəkilmiş son foto-şəkillət göstərir ki, İran obyektdəki bəzi binaları dağıdır. Qərb İranın bu binalarda nüvə silahə əldə etmək istiqamətində fəaliyyətlər apardığı ehtimal edir. Tehran bu iddiaları rədd edir.

Vyanadakı idarə heyətinin toplantısında İranı Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndə heyətinin rəhbəri Əli Əsgər Sulteniyə təmsil edib.

XS
SM
MD
LG