Accessibility links

Xəndab nüvə kompleksi yaxınlığında baş verən qəza nəticəsində digər ekspert Qan Sek isə xəstəxanaya yerləşdirilib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin İrandakı ekspertlərindən olan Cənubi Koreya vətəndaşı Ok Seok Seo mayın 8-də günorta saatlarında baş vermiş avtomobil qəzasında həlak olub.

“Media forum” saytının məlumatına görə, İranın mərkəzi əyalətində, Xəndab nüvə kompleksi yaxınlığında baş verən qəza nəticəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin digər eksperti, Slovakiya vətəndaşı Qan Sek isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Agentlik ekspertlərini aparan avtomobilin qəzaya uğramasının təfərrüatı haqda məlumat yayılmayıb.

XS
SM
MD
LG