Accessibility links

Beynəlxalq Cinayət Məhkəməsi Liviyadakı zorakılıqlarda məsuliyyət daşıyanların həbs edilməsinə çağırır (Yenilənib)

Liviya lideri Müəmmar Qəzzafiyə sadiq qüvvələrin üsyançıların nəzarəti altındakı liman şəhəri Misratanı qümbara atəşinə tutduqları bildirilir. Hücumun yadım işçilərinin minlərlə miqrantı və yaralını şəhərdən çıxarmağa çalışarkən həyata keçirildiyi xəbər verilir. Üsyançıların sözçüsünün dediyinə görə hücum zamanı azı beş nəfər ölüb.

Beynəlxalq prokuror Liviya hökumətinin üzvlərinə qarşı müharibə cinayətləri ittihamları ilə bağlı bu gün BMT-nin Təhlükəzilik Şurasında yığıncaq keçirməyi planlaşdırır. Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno-Okampo Liviyaya son səfəri zamanı fevral ayından, hökumətə qarşı etirazlar başlanandan bəri həyata keçirilən zorakılıqlarla bağlı ciddi dəllillər əldə etdiyini deyib. Cənab Okamponun idarəsinin açıqladığı bəyanatda prokurorların hakimlərdən zorakılıqlarda məsuliyyət daşıyanların həbs edilməsinə dair order vermələrini istəyəcəkləri deyilir.

Bu arada Türkiyənin baş naziri Rəcəp Təyyib Ərdoğan Liviya lideri Müəmmər Qəzzafini istefa verməyə və təcili olaraq ölkəni tərk etməyə çağırıb.

XS
SM
MD
LG