Accessibility links

Beynəlxalq donorlar Haiti üçün ianə toplayır

  • Asgar Asgarov

Beynəlxalq donorlar yanvar ayında baş vermiş zəlzələdən sonra Haitidə yenidənqurma işlərinə sərf ediləcək 3.8 milyard dollar toplamaq üçün BMT-nin Nyu Yorkdakı baş qərargahında yığıncaq keçirirlər.

Beynəlxalq donorlar yanvar ayında baş vermiş zəlzələdən sonra Haitidə yenidənqurma işlərinə sərf ediləcək 3.8 milyard dollar toplamaq üçün BMT-nin Nyu Yorkdakı baş qərargahında yığıncaq keçirirlər. ABŞ Dövlət Katibi Hillari Klinton konfransın başlanğıcında ABŞ-ın 1 milyard dollar ayıracağını elan edib. BMT Baş Katibi Ban Ki Mun deyib ki, o, Haiti üçün milli dirçəliş nəzərdə tutur. O, deyib ki, yenidənqurma prosesi milli dirçəliş istiqamətində tarixdə misli görünməmiş bir məşğələ olacaq. İanə edilən pullara nəzarət etmək üçün Haiti 23 üzvlük Müvəqqəti Haiti Yenidənqurma Komissiyası təsis edib ki, buna Haitinin baş naziri Jan Maks Belleriv və sabiq prezident Bill Klinton sədrlik edəcəklər. Komissiya daxil olan ianələri koordinasiya edəcək və onların necə xərclənməsini tənzimləyəcək.

XS
SM
MD
LG