Accessibility links

Beynəlxalq ekspertlər Azərbaycanda polis işinin xalqla xalqa xidmət fəlsəfəsinə keçməsini istəyir


Beynəlxalq ekspertlər Azərbaycanda polis işinin xalqla xalqa xidmət fəlsəfəsinə keçməsini istəyir

Beynəlxalq ekspertlər Azərbaycanda polis işinin xalqla xalqa xidmət fəlsəfəsinə keçməsini istəyir

Azərbaycanda “Cəmiyyət dəstəkli polis” layihəsi 2006-cı ildən həyata keçirilməyə başlanıb. İlk olaraq Mingəçevir şəhərində eksperiment kimi həyata keçirilib və müsbət nəticələr verib. Bundan sonra 10 rayonda layihə işə başlayıb. 2008-ci ildə “Polis haqqında” qanuna dəyişiklik edilib. Bununla da yaşayış məhəllələrində ictimai şuralar yaradılıb və sahə müvəkkilliyi institutu genişləndirilib.

Bakıda ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Cəmiyyət dəstəkli polis” mövzusunda ikinci beynəlxalq konfrans açılıb. Forumda Azərbaycanının yüksək vəzifəli polis məmurları, hökumət nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edir.
Azərbaycanda “Cəmiyyət dəstəkli polis” layihəsi 2006-cı ildən həyata keçirilməyə başlanıb. İlk olaraq Mingəçevir şəhərində eksperiment kimi həyata keçirilib və müsbət nəticələr verib. Bundan sonra 10 rayonda layihə işə başlayıb. 2008-ci ildə “Polis haqqında” qanuna dəyişiklik edilib. Bununla da yaşayış məhəllələrində ictimai şuralar yaradılıb və sahə müvəkkilliyi institutu genişləndirilib. “Cəmiyyət dəstəkli polis” layihəsi müsbət nəticələrini verir. Layihəyə əsasən, cəmiyyət polisin fəaliyyətində yaxından iştirak edir, cinayətlərin qarşısının qabaqcadan alınmasına, cinayətlərin açılmasına kömək edir. Hazırda İctimai Şuraların çoxsaylı məhəllələrdə özəyi var. 4000 vətəndaş ictimai şuraların üzvüdür. Polis məmurları ictimai şura qarşısında hesabat verir və vətəndaşlar onları narahat edən problemləri polisin diqqətinə çatdırır”, - deyə daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.
ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel hesab edir ki, layihə polislə vətəndaşlar arasında qarşılıqlı etimadın yaranmasına kömək edir. Polis həm də gündəlik fəaliyyətində dövlətin simasıdır. “Biz həmçinin polis xidmətində qadınların sayının artırılması, eləcə də məişət zorakılığı və insan alveri kimi gender yönümlü qanun pozuntularına polisin daha səmərəli müdaxiləsini təkmilləşdirmək üçün müəyyən strategiyalar üzərində birgə çalışırıq”.

Öz növbəsində, nazir müavini Oruc Zalov son üç ildə insan hüquqlarını pozduğuna görə, 720 polis əməkdaşının cəzalandırıldığını deyib. “O cümlədən 14 polis əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib, 36 əməkdaş isə vəzifəsindən azad edilib.”
Konfransda ATƏT-in “Demokratik polis işi” adlı hesabatının təqdimatı da olub. Kitabda polislə bağlı 200 beynəlxalq sənəd toplanıb və hesabatı 50 polis eksperti hazırlayıb. Kitab hazırda Azərbaycan dilinə tərcümə olunmaqdadır. “Polis işi fəlsəfəsində mühüm dəyişikliklərin tələb olunduğu uzun prosesdir. Əminəm ki, Azərbaycan bu sahədə göstərdiyi ruh yüksəkliyini davam etdirməkdə maraqlıdır. Bilirəm ki, polisin nə üçün dövlətə deyil, xalqa xidmət göstərməli olduğunu başa düşmək çətindir. Bunu qəbul etmək çətindir. Lakin, bu, demokratik polis işinin əsas dəyərlərindən biridir və demokratik polis işinin digər elementləri bu prinsipdən irəli gəlir. Polis xalqla xalqa xidmət göstərir”, - deyə ATƏT-in strateji polis məsələləri bölməsinin direktor müavini Manuel Marion bildirib.
Cənab Marionun fikrincə, polis yalnız insan hüquqlarına əməl etməməli, həm bu hüquqa əməl edilməsi üçün şərait yaradılmasına kömək etməlidir. “Xalqla xalqa xidmət göstərmək dedikdə polisin cəmiyyətin bütün təbəqələrini təmsil etdiyi, hamının ehtiyaclarını bərabər, prioritetsiz, ayrı seçkilik etmədən nəzərə alması ifadə edilir. Polis üçün qanun vericiliyə əsaslanan aydın, müəyyən istiqamət lazımdır. Yalnız qanuna bütün səlahiyyətli orqanlar və dövlət müəssisələri tərəfindən tam riayət edildikdə edildikdə polisin işi səmərəli ola bilər”, - deyə o qeyd edib.

XS
SM
MD
LG