Accessibility links

Beynəlxalq İfadə Azadlığı koalisiyası Eurovisiondan öncə yeni vebsayt açıb


Azərbaycan üçün Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) Article 19 təşkilatının təşəbbüsü ilə yeni veb səhifəni www.azerbaijanfreeXpression.org-u, eləcə də Facebook və Twitter profillərini açıqlayıb.

London-based Article 19 promotes freedom of expression

London-based Article 19 promotes freedom of expression

Eurovision-un görünməyən tərəflərini göstərən IPGA vebsaytı tənqidi mövqe nümayiş etdirən jurnaslitlərin və başqa şəxslərin santaj olunduğu, hədə-qorxu, zorakılıq və həbsə məruz qaldığı Azərbaycanda ifadə azadlığının vəziyyəti barədə xəbərdarlıq edir.

Qrupun Amerikanın Səsinə göndərdiyi bəyanatında deyilir ki, 57-ci Eurovision mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə Azərbaycan rəsmiləri öz imicini müsbət göstərməyə çalışsa da, onlar ölkədə ifadə və digər fundamental azadlıqları ciddi şəkildə məhdudlaşdırır.

"Eurovision yaxınlaşdığl bir vaxt bizim veb səhifə Azərbaycanda ifadə azadlığının pisləşməyə davam etdiyini göstərir" - deyə Article 19-un icraçı direktoru Agnes Callamard bildirib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG