Accessibility links

Beynəlxalq hərbi qüvvələrin vertolyotu Əfqanıstanda qəzaya uğrayıb


Beynəlxalq hərbi qüvvələrin vertolyotu Əfqanıstanda qəzaya uğrayıb
Beynəlxalq hərbi qüvvələrin vertolyotu Əfqanıstanda qəzaya uğrayıb

Partlayış baş verən zaman vertolyotda 26 sərnişinin olduğu deyilir

Əfqanıstandakı beynəlxalq hərbi qüvvələrin məlumatında bu gün hərbi vertolyotun yerə enərkən partladığı və bir nəfərin həlak olduğu bildirilir. NATO qüvvələrinin verdiyi məlumata əsasən isə ölkənin şərqindəki bazada baş verən partlayış iki nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub. Lakin sonradan NATO yaralananların sayının 7 nəfər olduğunu və onların yaxınlıqdakı tibbi hissəyə çatdırıldığını bildirib. Hərbi qüvvələrin məlumatında deyilir ki, partlayış baş verən zaman vertolyotda 26 sərnişin olub. Partlayışın səbəbi məlum hələlik məlum deyil. NATO vertolyotun endiyi bölgənin əfqan əsgərlər və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərəfindən mühafizə edildiyini deyir.

XS
SM
MD
LG