Accessibility links

Beynəlxalq ictimaiyyət Misirdəki olaylara reaksiya verir


Beynəlxalq ictimaiyyət Misirdəki olaylara reaksiya verir
Beynəlxalq ictimaiyyət Misirdəki olaylara reaksiya verir

Avropa İttifaqının liderləri Misir hökuməti ilə müxalifət arasında dialoqa çağırırlar. Aİ Xarici Siyasət İdarəsinin rəhbəri Katerin Aşton deyib ki, xalq və hökumətin birlikdə irəliyə doğru addımlaması mühümdür. Avropa İttifaqının Brüsseldə keçirilən sammitində iştirak edən Britaniya baş naziri Deyvid Kameron deyib ki, Misir hökuməti keçidə doğru aydın və etibarlı cığırın açılmasını təmin etməlidir. Onun sözlərinə görə indiyədək atılmış addımlar Misir xalqının arzularına cavab verməyib. Bu arada İranın ali dini rəhbəri Ayətulla Əli Xamenei Misirdəki üsyanın regionda İslami dəyərlərə hörmətin göstərici kimi qiymətləndirib. O, misirliləri ölkədə İslam rejimi qurmağa çağırıb.

XS
SM
MD
LG