Accessibility links

Beynəlxalq ictimaiyyət Pakistanı Əfqanıstana dair konfransda iştirak etməyə səsləyir

  • Amerikanın səsi

Beynəlxalq ictimaiyyət Pakistanı Əfqanıstana dair konfransda iştirak etməyə səsləyir

Beynəlxalq ictimaiyyət Pakistanı Əfqanıstana dair konfransda iştirak etməyə səsləyir

ABŞ dövlət katibi Hillari Klinton Pakistanın gələn həftə Əfqanıstana dair keçiriləcək konfransda iştirak etməmək qərarından təəssüfləndiyini bildirib. NATO sözçüsü Dominik Medli də Pakistanın Bonn konfransında iştirakına dair qərarına yenidən baxacağına ümid etdiyini söyləyib.

"Bonn tədbrini Əfqanıstan hökuməti təşkil edib və dövlətləri də o, dəvət edib. Əlbəttə, regionun maraqları naminə biz ümid edirik ki, hamı bu tədbirdə iştirak edəcək. Dekabrın 5-ə hələ bir neçə gün qalır," deyə cənab Medli bildirib.

Pakistan rəsmiləri gələn bazar ertəsi Almaniyanın Bonn şəhərində keçirləcək konfransda iştirak etməyəcəklərini bildiriblər. Rəsmi İslamabad şənbə günü 24 əsgərinin NATO hava zərbələri nəticəsində öldürülməsindən qəzəblənib.

Əfqanıstan prezidenti Həmid Karzay da Pakistanı ölkəsinin gələcəyi barədə danışıqları baykot etmək qərarına yenidən baxmağa çağırıb.

XS
SM
MD
LG