Accessibility links

Beynəlxalq ictimaiyyət Suriya hökumətinə xəbərdarlıq edir

  • Amerikanın səsi

BMT baş katibi Ban Ki Mun və beynəlxalq elçi Kofi Annan Suriya hökumətini BMT monitorlarının şimal-qərbdəki üsyançı şəhərinə daxil olmasına icazə verməyə çağırıblar. ABŞ rəsmiləri ehtiyat edirlər ki, prezident Bəşər Əsədə sadiq qüvvələr burada mülki vətəndaşları qırmağa hazırlaşırlar.

Suriyalı fəallar və Əl-Haffe sakinləri deyirlər ki, hökumət helikopterləri və tanklar Latakiya vilayətindəki qəsəbəyə artıq bir neçə gündür ki, hücum edirlər. Qəsəbədə çox sayda mülki vətəndaş var.

Dünən gecə verdiyi bəyanatda cənab Ban deyib ki, BMT müşahidəçilərinin Əl-Haffeyə sərbəst daxil ola bilməsi mühümdür.

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib ki, rəsmi Vaşinqton Suriya hökumətinin ölkə daxilində qətliamlar təşkil etməsi barədə dolaşan xəbərlərdən narahatdır.

XS
SM
MD
LG