Accessibility links

Beynəlxalq ictimaiyyətin Liviya hökumətinə qarşı təzyiqləri artmaqdadır

  • Amerikanın səsi

Beynəlxalq ictimaiyyətin Liviya hökumətinə qarşı təzyiqləri artmaqdadır

Beynəlxalq ictimaiyyətin Liviya hökumətinə qarşı təzyiqləri artmaqdadır

Ərəb Liqası Liviyaya hər bir xarici müdaxilənin əlejhinə olduğunu bəyan edib. Bu gün Qahirədə toplaşan 22 üzvlü qurumun diplomatları Liviyadakı durumu müzakirə edib. Beynəlxalq ictimaiyyətin Liviya hökumətinə qarşı təzyiqləri artmaqdadır. Dünya ölkələri mülki vətəndalara qarşı hücumları pisləyir, hökumət əleyhinə olanlara yardımlar göstərir, bəzi bğlgələrə sanksiyalar tətbiq edir. Dünən BMT-nin 192 üzvlü Baş Assambleyası Liviyanın İnsan Hüquqları Şurasından çıxaırlmasına dair səsvermə keçirib. Baş Assambleya Liviyada insan hüquqlarının vəziyyətinə dair dərin narahatlığını bildirib. Amerika assambleyanın bu qərarını alğışlayaraq, bunun öz xalqına hücum edənlərə xəbərdarlıq olduğunu bildirib. ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Baş Assambleyanın bu addımı öz xalqına silah tuşlayanların İnsan Hüquqları Şurasında yeri olmadığını göstərir. Liviya 2006-cı ildən bəri şuradan kənarlaşdırılan ilk ölkədir.

XS
SM
MD
LG