Accessibility links

Əfqanıstanda beş koalisiya əsgəri həlak olub

  • Amerikanın səsi

Əfqanıstanda beş koalisiya əsgəri həlak olub

Əfqanıstanda beş koalisiya əsgəri həlak olub

Əfqanıstanda beynəlxalq koalisiya qüvvələri beş üzvünün ölkənin cənub hissəsində yolkənarı partlayışda həlak olduğunu deyib. Beynəlxaq Təhlükəsizliyə Yardım Qüvvəsi improvizə edilmiş partlayıcı qurğunun (İEPQ) əsgərlərin ölümünə səbəb olduğunu deyib, amma əlavə təfsilat verməyib. Hücum 30 amerikalı və səkkiz əfqan döyüşçüsünün həlak olduğu CH-47 vertolyotu qəzasından bir həftə sonraya təsadüf edir.

Dünən ABŞ və NATO-nun Əfqanıstandakı qüvvələrinin generalı Con Allen koalisiya qüvvələrinin dəqiq hava hücumları nəticəsində vertolyota atəş açmiş yaraqlı da daxil olmaqla, bir neçə Taliban yaraqlısının öldürüldüyünü deyib.

XS
SM
MD
LG