Accessibility links

Beynəlxalq liderlər İsrail əsgəri Gilad Şalitin azad edilməsini alqışlayıb

  • Amerikanın səsi

Beynəlxalq liderlər İsrail əsgəri Gilad Şalitin azad edilməsini alqışlayıb

Beynəlxalq liderlər İsrail əsgəri Gilad Şalitin azad edilməsini alqışlayıb

Beynəlxalq liderlər İsrail əsgəri Gilad Şalitin azad edilməsini alqışlayıb.

ABŞ dövlət katibi Hillari Klinton Liviyada müxbirlərlə görüşü zamanı deyib ki, əsgər olduqca uzun müddət saxlanıb.

BMT-nin baş katibi Ban Gi Mun məhbusların mübadiləsinin İsrail-Fələstin sülh danışıqlarının bərpasına yardım edəcəyinə ümid bəslədiyini bildirib.

Fransa prezidenti Nikola Sarkozy fransız əsilli Şalitin azadlığa buraxılmasını alğışlayıb.

Türkiyənin baş nazir müavini Bülent Arınc Ankaranın Şalitin azad edilməsində əvəzsiz rol oynadığını qeyd edib.

Almaniya kansleri Angela Merkel məhbusların mübadiləsində Misirin rolunu alqışlayıb.

Britaniyanın baş naziri Deyvid Kameron Britaniya xalqının Şalit və onun ailəsinin sevincini bölüşdüyünü deyib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Fələstin məhbuslarının azadlığa buraxılmasını Fələstinin qələbəsi kimi qiymətləndirib.


XS
SM
MD
LG