Accessibility links

Suriyanın Homs şəhərinə tibbi avadanlıq və humanitar yardım çatdırılır

  • Amerikanın səsi

Beynəlxalq Qırmızı Xaç Komitəsinin bildirdiyinə görə tibbi avadanlıq və humanitar yardım Suriyanın ağır döyüşlər gedən Homs şəhərinə çatdırılıb.

Yardım tez zamanda Baba Əmir bölgəsinə çatdırılacaq. Komitənin sözcüsü bu gün bildirib ki, yeddi maşından ibarət yardım karvanı bir aya yaxın vaxtdır hökumət qüvvələri tərəfindən mühasirəyə alınmış yaraqlı və vətəndaşlar olan Homs şəhərinin Baba Əmir bölgəsinə daxil olacaq.

Fəalların bildirdiyinə görə şəhərdə su təchizatının qarşısı alınıb. Bundan başqa şəhərdə ərzaq, tibbi avadanlıq və elektrik enerjisi qıtlığı yaranıb.

BMT-nin insan hüquqları agentliyi təsdiq edilməyən məlumata görə dünən Baba Əmir bölgəsində 17 edamın icra olunduğunu elan edib.

Homs şəhərindən çəkilmiş fotoları burada izləyə bilərsiniz

XS
SM
MD
LG