Accessibility links

Beynəlxalq qurumlar və ABŞ Abxaziya seçkilərini tanımır

  • Amerikanın səsi

Beynəlxalq qurumlar və ABŞ Abxaziya seçkilərini tanımır

Beynəlxalq qurumlar və ABŞ Abxaziya seçkilərini tanımır

ABŞ avqustun 26-da Abxaziyada keçirilən prezident seçkilərinin nəticələrini tanımadığını bəyan edib.Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini Gürcüstanla sürən bir neçə günlük müharibədən sonra tanıyan dörd ölkədən biridir. Amerika Gürcüstanın ərazi bütövlüyü və suverenliyini tanıdğını bildirib. Amerika Rusiyanı qüvvələrinin münaqişədən əvvəlki mövqelərdən geri çəkilməsi və humanitar yardımlara imkan yaradılması ilə yanaşı, 2008-ci il atəşkəs razılığının şərtlərinə əməl edilməsinə çağırır.

Avropa İttifaqının nümayəndəsi Katrin Aşton və NATO-nun baş katibi Anders Fog Rasmussen ayrı-ayrı bəyanatlarda Abxaziya seçkilərinin nəticələrinin ləğvinə çağırıb. Xanım Aşton deyib ki, Avropa İttifaqı seçkilərin konstitusiyaya uyğun olduğu və leqallığını tanımır. “Avropa İttifaqı Gürcüstanın suverenliyini tanıyır”- deyə o bildirib.

NATO-nun nun baş katibi Anders Fog Rasmussen də NATO-nun Gürcüstanın suverenliyini dəstəklədiyini deyib. O əlavə edib ki, avqustun 26-sı seçkilərinin nəticələri NATO tərəfindən qəbul edilmir. “Abxaziya Gürcüstan ərazisində müxtar regiondur və NATO Gürcüstanın suverenliyini tanıyır ”-deyə baş katib sözünə davam edib.

Avropa Parlamentinin prezidenti Cerzi Buzek də seçkilərin qurumun Abxaziya ilə bağlı mövqeyini dəyişməyəcəyini bəyan edib. “Avropa Parlamenti Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”-deyə o qeyd edib.

XS
SM
MD
LG