Accessibility links

Beynəlxalq təşkilatlar Cabbar Savalanlının dərhal həbsdən azad edilməsini tələb edir


Beynəlxalq təşkilatlar Cabbar Savalanlının dərhal həbsdən azad edilməsini tələb edir

Beynəlxalq təşkilatlar Cabbar Savalanlının dərhal həbsdən azad edilməsini tələb edir

Article 19, İnsan Hüquqları Evi - Fondu, Senzura Əleyhinə İndeks, Norveç Helsinki Komissiyası və Media Müxtəlifliyi İnstitutu Azərbaycanda blogerlərin, gənc fəalların həbsinə və ifadə azadlığının pozulmasına etiraz edir.

Beynəlxalq Hüquq-Müdafiə Təşkilatları Koalisiyası Sumqayıt Məhkəməsinin gənc fəal və bloger Cabbar Savalanlının iki il yarım müddətə azadlıqdan məhrum edilməsi barədə hökmünü pisləyib.
Koalisiyanın bəyanatında deyilir ki, narkotik saxlanması ittihamı ilə bağlı hökm siyasi səbəblərlə bağlıdır. “Cabbar Savalanlı ərəb inqilabları başladıqdan və demokratik etiraz dalğaları yayıldıqdan sonra Azərbaycanda təqibə məruz qalan ilk kiberfəallardan biridir”.
Beynəlxalq Təşkilatların Koalisiyası Azərbaycanda gənc fəalların təqibinin davam etməsi ilə bağlı dərin narahatlığını bildirir. “Biz Savalanlının dərhal həbsdən azad edilməsini və ifadə azadlığının boğulmasına son qoyulmasını tələb edirik”, - deyə sənəddə qeyd edilir.

Article 19-un icraçı direktoru Anyes Kalamar (Agnes Callamard) deyib ki, Cabbar Savalanlının həbsi Azərbaycanda hakimiyyəti tənqid etməyin və etirazlara çağırmağın nə qədər təhlükəli olduğunu açıq-aşkar göstərir. “Fevralın 5-də Savalanlının həbsindən sonra hakimiyyət küçə etirazlarında iştirak edən, Facebook və digər sosial şəbəkələr vasitəsilə etirazlarda iştiraka çağıran onlarla gənci həbs edib. Onlardan bir çoxu barəsində cinayət işləri açılıb, bəziləri, o cümlədən Bəxtiyar Hacıyev məhkəmənin qərarını gözləyir”.
Bəyanatı Article 19, İnsan Hüquqları Evi - Fondu, Senzura Əleyhinə İndeks, Norveç Helsinki Komissiyası və Media Müxtəlifliyi İnstitutu imzalayıb.

XS
SM
MD
LG