Accessibility links

Beynəlxalq təşkilatlar jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasından məmnundur


Beynəlxalq təşkilatlar jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasından məmnundur

Beynəlxalq təşkilatlar jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasından məmnundur

ATƏT-in hazırki sədri Audronios Ajubalis, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç, Jurnalistləri Müdafiə Komitəsi, Amnesty İnternational jurnalistin həbsdən azad edilməsi ilə bağlı bəyanat yayıb.

ATƏT-in hazırki sədri, Litva XİN rəhbəri Audronios Ajubalis, habelə ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bəyanatla çıxış edərək, jurnalist Eynulla Fətullayevin azad edilməsini alqışlayıblar.

“KİV azadlığı və jurnalistlərin təhlükəsizliyi Litvanın və bütünlükdə ATƏT-in prioritetlərindən biridir. Bu, bütün ATƏT məkanına güclü siqnaldır və mən bütün üzv ölkələri KİV azadlığı sahəsində öhdəliklərinə riayət etməyə və bütün mətbuat işçilərini azad etməyə çağırıram”, deyə Ajubalis bildirib.

Xanım Miyatoviç qeyd edib: “Bu, Azərbaycanda mətbuat azadlığı, Fətullayevin özü və dostları və həmkarları üçün çoxdan gözlənilən gün idi”.

Amnesty İnternational hüquq-müdafiə təşkilatı da Fətullayevin azad edilməsini alqışlayır və bunu söz azadlığının qələbəsi kimi qiymətləndirir. Lakin ölkədə saxta ittihamlarla həbsdə saxlanılanlar hələ də az deyil və onlar da azad olunmalıdır, deyə təşkilatın Avropa və Asiya üzrə proqram direktoru Con Dalusen bildirib.

Beynəlxalq təşkilatlar jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasından məmnundur

Beynəlxalq təşkilatlar jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasından məmnundur

Jurnalistləri Müdafiə Komitəsi də Fətullayevin əfv olunması haqqında qərarı alqışlayıb. “Bu, ədalətsizlik üzərində qələbədir”, deyə təşkilatın region üzrə koordinatoru Nina Oqnyanova bildirib. Eynulla Fətullayevin azadlığı üçün güclü kampaniya aparan təşkilatlardan olan Jurnalistlərin Hüquqlarını Müdafiə Kommitəsinin bəyanatında Fətullayevin azadlığa buraxılmasından məmnunluq hissi bildirilsə də jurnalistin həbsdə keçirdiyi dörd ilin əvəz oluna bilməyəcəyi vurğulanır. Bəyanatda deyilir ki, “Eynulla Fətullayevin azadlığa buraxılması ədalətsizlik üzərində qələbə olsa da onun peşə fəaliyyətini yerinə yetirdiyinə görə həbsdə keçirdiyi dörd ili əvəz edə bilməz.”

Beynəlxalq təşkilatlar jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasından məmnundur

Beynəlxalq təşkilatlar jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasından məmnundur

Təşkilatın Fətullayevin azadlığı üçün kampaniyasında ən aparıcı rol oynayan Nina Oqnyanova deyib: “Biz Azərbaycanın rəsmi orqanlarını mətbuat azadlığı barədə beynəlxalq öhdəliklərinə əməl etməyə, peşə fəaliyyətlərinə görə jurnalistlərin həbsini dayandırmağa çağırmaqda davam edəcəyik,”

Human Right Watch-ın Cənubi Qafqaz üzrə tətqiqatçısı Giorgi Gogia qeyd edib ki, Eynullanın həbsi absurd bir hadisə idi. O məhkəmənin Fətullayev haqqındakı qərarlarının dərhal ləğv olunmasına və jurnalistə kompensassiya ödənilməsinə çağırıb. Human Right Watch-ın bəyanatında bildirilir ki, Azərbaycanda ələlxüsus hökumətin tənqidinə gəldikdə söz azadlığı hələ də ciddi şəkildə pozulur.

Fətullayevin azadlığı üçün kampaniya aparan təşkilatlardan biri olan İndex on Censorship isə bildirib ki, dörd il haqsız olaraq həbsdə saxlandıqdan sonra jurnalist azadlığa buraxılıb. Fətullayevin azadlıq kampaniyasında aparıcı rol oynayan Rebeka Vincent jurnalistin həbsi ilə bağlı geniş məlumat verəndən sonra yazıb ki, Eynulla azadlığa buraxılsa da Azərbaycan hökumətin tənqidçiləri üçün təhlükəli yer olaraq qalır. O, Cabbar Savalan, Bəxtiyar Hacıyev və başqalarının belə tənqidlərə görə həbs olunduqlarını qeyd edib.

XS
SM
MD
LG