Accessibility links

Beynəlxalq təşkilatlar Sülh və Demokratiya institunun binsaının sökülməsindən narahatdır


Beynəlxalq təşkilatlar Sülh və Demokratiya institunun binsaının sökülməsindən narahatdır

Beynəlxalq təşkilatlar Sülh və Demokratiya institunun binsaının sökülməsindən narahatdır

Leyla və Arif Ynusun şəxsi mülkiyyətində olan ofis binası məhkəmənin binanın sökülməməsi barədə qərarına məhəl qoyulmadan sökülüb. Ofisin mülkiyyətçiləri hazırda xaricdədir.

Dünən axşam Sülh və Demokratiya institutunun binasının sökülməsi naratlıqlara səbəb olub. Leyla və Arif Ynusun şəxsi mülkiyyətində olan ofis binası məhkəmənin binanın sökülməməsi barədə qərarına məhəl qoyulmadan sökülüb. Ofisin mülkiyyətçiləri hazırda xaricdədir.

Bu gün Amerika səfirliyi, Avropa Ittifaqi və yerli təşkilatlar hökumətin bu addımını pisləyən bəyanatla çıxış edib.

ABŞ-in Azərbaycandakı Səfirliyi Bakıdakı Sülh və Demokratiya İnstitutunun binasının Bakı Bələdiyyəsı tərəfindən sökülməsi ilə əlaqədar təşviş hissi keçirib. “Narahatçılığa əsas səbəblərdən biri odur kı, sökülmə rayon inzibati məhkəməsinin sözü gedən mülkiyyətin sökülməsini və ya zəbt edilməsini qadağan edən 24 may tarixli qərarına zidd olaraq baş verbmişdir.

Bundan əlavə, binanın sahibi respublika hüdudlarından kənarda olduğundan sökülmədən əvvəl binadakı əşya və sənədləri toplaya bilməmişdir. Mülkiyyət hüquqlarının qorunmasını təmin etmək məqsədilə ABŞ Səfirliyi Azərbaycan hökumətini ziyan çəkmiş vətəndaşlarla açıq dialoqa çağırır və mülkiyyət hüquqlarının və qanunun aliliyinin müdafiəsinin azad və inkişaf etmiş cəmiyyətdə əsas rol oynadığını vurğulayır.

Avropa İttifaqının bıyabatlbda deyilir ki, Bakının mərkəzində beynəlxalq təşkilatların daimi tərəfdaşı olan Sülh və Demokratiya İnstitutunun ofisinin dağıdılmasından təəssüf ifadə olunur. “Məhkəmənin 24 may tarixli qərarının və 1 saylı İqtisad Məhkəməsinin qərarının olduğu və ofis sahiblərinin Bakıda olmadığı halda söküntü işlərinin aparılması vəziyyəti gərginləşdirir. Biz Şərq Tərəfdaşlığı proqramının mühüm elementləri olan əhalinin köçürülməsi, ekspropriasiya, mülkiyyət hüquqlarının qorunması baxımından Azərbaycanda vəziyyətin inkişafını izləyəcəyik”.

Missiya mülkiyyət hüquqlarına hörmətlə yanaşılması və hüquq çərçivəsində bütün məsələlərin həllinin təmin olunması daxil olmaqla fundamental hüquqa böyük önəm verir.”Biz Azərbaycanın müvafiq qurumlarını mənzili sökülməyə məruz qalan vətəndaşlarla dialoqa başlamağa, problemin ədalətli və qarşılıqlı faydalı həllini tapmağa çağırırıq”, - bəyanatda deyilir.

Keçmiş siyasi məhbus, jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi “İnsan Haqları Uğrunda” İctimai Hərəkat hakimiyyətin bu addımı “vəhşilik” adlandırılır.

E.Fətullayev Avropa Şurasının baş katibi Tyoborn Yanqland, qurumun komissarı Tomas Hammerberqə və Beynəlxalq Amçnistiya Təşkilatının fəallarına müraciət edib.

XS
SM
MD
LG