Accessibility links

Beynəlxalq Tərəfdaşlıq qrupu Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti kritik hesab edir


Beynəlxalq Tərəfdaşlıq qrupu Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti kritik hesab edir
Beynəlxalq Tərəfdaşlıq qrupu Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti kritik hesab edir

Beynəlxalq Tərəfdaşlıq Qrupunun AŞPA sessiyasına (11-15 apreldə keçiriləcək) ünvanladığı müraciətin mətnini yayıb. Sənəddə deyilir: “Azərbaycanda insan hüquqları sahəsində vəziyyət kritik həddə çatıb. Hər gün sosial şəbəkə fəallarının, jurnalistlərin təqibi, onların ifadə və toplaşmaq azadlığı hüquqlarının məhdudlaşdırılması haqqında məlumatlar daxil olur”.

Azərbaycan hakimiyyəti sosial şəbəkədə vətəndaşları kütləvi etiraz aksiyalarına çağıran və demokratik islahatlar tələb edən fəalların təqibini davam etdirir. Eyni zamanda insan hüquqları və ifadə azadlığı sahəsində vəziyyət getdikcə pisləşir. Bu barədə hüquq-müdafiə təşkilatlarının Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupunun bəyanatında deyilir. .
Turan Agentliyi Beynəlxalq Tərəfdaşlıq Qrupunun Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasına (11-15 apreldə keçiriləcək) ünvanladığı müraciətin mətnini yayıb. Sənəddə deyilir: “Azərbaycanda insan hüquqları sahəsində vəziyyət kritik həddə çatıb. Hər gün sosial şəbəkə fəallarının, jurnalistlərin təqibi, onların ifadə və toplaşmaq azadlığı hüquqlarının məhdudlaşdırılması haqqında məlumatlar daxil olur”.
“Daha nə qədər insan həbs edilməli və ya döyülməlidir ki, Avropa Şurası bu ölkədən izahat tələb etsin? Avropa Şurasının nüfuzu birbaşa onun fəaliyyətindən asılıdır”, deyə Tərəfdaşlıq Qrupunun üzvü Article 19-un direktoru Anyes Kalamar bildirib.
Gənc fəalların həbsi və təqibi ilə yanaşı, Azərbaycan hakimiyyəti beynəlxalq qeyri-hökumət təşkilatlarına da təzyiqi gücləndirib. Belə ki, beynəlxalq şəbəkəyə daxil olan Azərbaycan İnsan Hüquqları Evi bağlanıb. Hakimiyyət Avropa İnsan Hüquqları Məhkəməsinin jurnalist Eynulla Fətullayevin həbsdən dərhal azad edilməsi haqqında tələbinə məhəl qoymamaqda davam edir.
Tərəfdaşlıq Qrupu AŞ-dan Azərbaycanı bu təşkilat qarşısındakı öhdəliklərini yerinə yetirməyə çağırmağı tələb edib.
Xatırladaq ki, Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupuna dünyanın 20 aparıcı hüquq-müdafiə təşkilatı daxildir.

XS
SM
MD
LG