Accessibility links

Beynəlxalq Valyuta Fondu fəaliyyətinin normal davam etdiyini bildirir


Beynəlxalq Valyuta Fondu fəaliyyətinin normal davam etdiyini bildirir

Beynəlxalq Valyuta Fondu fəaliyyətinin normal davam etdiyini bildirir

Beynəlxalq Valyuta Fondu (BFV ) bildirir ki, qurum öz rəhbərinin həbsinə baxmayaraq tam şəkildə fəaliyyətini davam etdirir. Belə ki, dünən Dominique Ştrauss-Kahn seksual təcavüz ittihamları ilə həbs olunub.

Nyu York polisi deyir ki, Ştrauss-Kahn kriminal seksual təcavüz, zorlamaya cəhd və qeyri-qanuni adam saxlama ittihamları ilə həbs edilib.

Ştrauss-Kahnın vəkili deyib ki, o, ittihamları qəbul etmək məramında deyil.

Diplomatik immunitetə malik olan Fransa vətəndaşı 2007-ci ilin noyabrında BFV-ə rəhbər təyin edilib. Sabiq maliyyə naziri olmuş Ştrauss-Kahnın 2012-ci il seçkilərində prezident Nicolas Sarkozy-ya Sosialist partiyasından rəqib olacağı gözlənilirdi.

32 yaşlı otel xadiməsinin sözlərinə görə o, Sofitel Otelində Ştrauss-Kahnın otağını təmizləyərkən, BVF rəhbəri hamamdan çılpaq şəkildə çıxaraq ona təcavüz edib.

Ştrauss-Kahn 2008-ci ildə Fransada da seksual skandalla üzləşmişdi.

XS
SM
MD
LG