Accessibility links

ABŞ-ın iki respublikaçıqanunvericisi Amerikanın pop ulduzu Beyonse və onun perçi həyat yoldaşı Cey-Z-nin Kubaya səfərinin rəsmi icazəyə əsalandığına dair araşdırılma aparılmasına çağırıb.

Ileana Ros-Letinen and Mario Diaz-Balart Florida ştatının kubalıların əksəriyyət təşkil etdiyi cənub bölgələrini təmsil edir.

Bu cütlük evliliklərinin 5-ci ildönümünü Havanada qeyd edib. Kubanın paytaxtında əl-ələ gəzən məşhurları pərətişkarları böyük sevinclə qarşılayıb.

Ulduzlar Havananın ən yaxşı restoranlarında yemək yeyib, tarixi yerləri ziyarət edib, insanlara avtoqraf verib və onlarla şəkillər çəkdirib.

Kubaya qarşı ticarət embarqosu amerikalıların Kubaya səfər etməsini yasaqlayır. Lakin ABŞ prezidenti Barak Obama elmi, dini və mədəni sahələrdə adanın ziyarətinə qoyulan məhdudiyyətləri yüngülləşdirib.
XS
SM
MD
LG