Accessibility links

Yaxşı, bəs Beyonsenin gizli sürpriz albomunun satışı necə oldu? Belə görünür ki, lap əla. Son rəqəmlərə əsasən, diva cəmi 48 saat ərzində yarım milyon albom satmağa nail olub – bu isə, qiyamət göstəricidir. Statistikanın detalları da maraqldırı. Satışa çıxarıldıqdan üç saat sonra 80 min CD alınıb. 24 saat sonra bu rəqəm 240 minə yüksəlib. Ekspertlər deyirlər ki, Bey satılmaqda davam edəcək. Bir çoxları birinci həftə ərzində əlavə 100,000 albomun satılacağını proqnozlaşdırırlar. Onlar satışın Tvitterdə də görünməmiş hay-küy yaratdığını deyirlər. Belə görünür ki, Beyonse nəyə əl vurursa, qızıla dönür.
XS
SM
MD
LG