Accessibility links

Beyonse pərəstişkarlarına bayram hədiyyəsi verib


Ucuz qiymətlərinə görə tanınan Walmart mağazasında alış-veriş edən müştərilər heyrətə gəlib. Belə ki, bu yaxınlarda onlarla bərabər alış-veriş etmək üçün mağazaya pop ulduzu gəlib. Beyonse Masaçusets ştatında yerli Walmart mağazasına təşrif buyurub və deyilənə görə müğənni əsl bayram əhval-ruhiyyəsində imiş. Müğənninin bayram ərəfəsində, yəni tam zamanında yeni albomunu satışa çıxarması pərəstişkarları üçün ən yaxşı bayram sovqatı olub. Amma həmin gün Beyonse gözləntiləri tamamilə adlayıb. Belə ki, endirimli Walmart mağazasında bazarlıq edən varlı müğənni mikrafonla mağaza alıcılarının bayramını təbrik edib. Bundan sonra ulduz mağazada olan hər kəsə ilkin bazarlıq üçün 50 dollar pul hədiyyəsi verib. Beləliklə, mağaza işçiləri 740 nəfərə üzərində “Beyonsedən Bayram Hədiyyəsi” sözləri yazılmış zərfdə 50 dollarlıq hədiyyə kartları paylayıb.
XS
SM
MD
LG