Accessibility links

Beyonse Karnavalda iştirak etmək üçün 50 min funt sterlinq istəyib [Fotoqalereya]


Müğənni Beyonsenin onların keçirdikləri mərasimdə iştirak etməyə razı olduğunu öyrənəndə Karnaval təşkilatçılarının sevinclərinin həddi-hüdudu yox idi. Amma müğənninin buna görə onlardan 50 min funt sterlinq istəməsi keflərini pozub.

Təşkilatçılar yay mərasimində məşhurların adlarının olmasını istəyib. Hətta mərasimdə iştirak etmək üçün Britni Spirs kimi ulduzları da dəvət ediblər.

Ona görə də Beyonse Maldon Karnival Assosiasiyasına cavab yazanda onlar sevinmişdilər. Təşkilatın 31 yaşlı sözcüsü dərhal komitənin rəhbəri Rob Slayta Beyonsenin mərasimdə iştirak etməsinin mümkün ola biləcəyini yazmışdı.

Lakin sonra Beyonsenin həddindən çox pul istədiyini öyrəndikdə sözçü ortada anlaşılmazlığın olduğunu söyləyib. Nə demək olar. Heç olmasa cəhd etdilər.
XS
SM
MD
LG