Accessibility links

Beyonsi 32 yaşını İtaliyanın Stomboli adasında, yaxtada qeyd edib.

Beyonsi İtaliyaya istirahət etməyə əri Jay-Z, onların qızı Blu Ayvi və bir neçə dostu ilə gəlib. Çimməyə hazırlaşan Beyonsi dəbdəbəli çimərlik kostyumunda əla görünürdü.

O və Jay-Z daha sonra əl-ələ tutaraq suya tullanır.

Siqar çəkən Jay-Z qızı Blu Ayvi ona yaxınlaşdıqda siqarı uşaqdan uzaq tutmağa çalışır.

Doğrudan da adada ad günü keçirmək əla ideyadır. İşgüzar ailə həqiqətən də belə bir istirahətə layiqdir. Amma bütün bunlar bir azdan bitəcək və Beyonsi Mrs. Carter World Tour şousuna davam edəcək.
XS
SM
MD
LG