Accessibility links

Müğənni Beyonsi ola bilsin yaxın zamanlarda yenidən azad leydi statusunu bərpa etsin


Beyonse barədə isə son məlumat odur ki, müğənni ola bilsin yaxın zamanlarda yenidən azad leydi statusunu bərpa etsin.

Beyonse və Cey Z Parisdə keçirilən On the Run şousunu başa vurmaq üzrədir. Us Magazine məlumat verir ki, qastrol səfərləri başa çatmaq üzrə olan bir zamanda Beyonse vəfasızlığına cavab olaraq Cey Z ilə ayrılacağını deyib.

Söhbət gəzir ki, cütlük On the Run adlı qastrol səfərlərini başa çatdırmaqlarına öhdəli olduqlarından və HBO kanalında xüsusi şou layihəsinə görə üzdə özlərini əvvəlki kimi aparırılar.

Düşünürük ki, tamaşaçılar boşanma qalmaqalının qastrol səfəri başa çatanadək başlanmasını istəmir.

Hələlik, yalnız bunları demək olar ki, Beyonse və Cey fərqli otellərdə qalır.

Beyonse şəkillərini İnstaqramda yerləşdirir.

Müğənni güman ki, yaxın vaxtlarda evliliyinə son qoyacaq. Amma biz bunu qastrol səfəri başa çatmayana qədər dəqiq bilə bilmərik.

XS
SM
MD
LG