Accessibility links

Beyonsi bütün titullarına birini də əlavə edə edə bilər. O, Amerikada adı internetdə axtarışa verilən ən məşhur adamdır. İnternetdə Binq axtarış saytına istinadən, pop ulduz bütün başqa məşhurlardan daha populyardır. Bu, bir daha Beyonsinin əsl pop kraliçası olduğunu göstərir. Çünki o, bu il əvvəlcə hamilə olduğunu elan edib, sonra ilk övladını dünyaya gətirən, daha sonra idə Kanye Vestlə nişanlanan internetdə ikinci daha populyar məşhur qadın olan Kim Kardaşyanı da ötüb keçə bilib. Bəli, bu, Beyonsinin dünyasıdır. İnternetdə digər məşhurlar isə üçüncü yerdə Rihanna, sonra isə Teyolor Svift, Madonna, Castin Biber, Niki Minaj, Amanda Bayns, Mayli Sayrus və nəhayət onuncu yerdə prezident Barak Obamadır. Beyonsi kraliça olmağı bacarır.
XS
SM
MD
LG