Accessibility links

Bəhreyn şeyxi FİFA prezidentliyinə namizəd ola bilər


FIFA logo

FIFA logo

Bəhreyn kral ailəsinin üzvü Şeyx Salman Bin İbrahim Əl Xəlifə FİFA prezidentliyi uğrunda mübarizəyə qoşulmağı planlaşdırır.

Asiya Furbol Konfederasiyalarının prezidenti Şeyx Salman bu istəyini bazar günü elan edib. Bu barədə məlumatı Bəhreyn Xəbər Agentliyi yayıb.

Əgər Şeyx Salman müraciət müddəti bu gün başa çatan FİFA prezidentliyinə namizədliyini irəli sürə bilsə, o, Sepp Blatterin yerini doldurmaq uğrunda mübarizəyə qoşulacaq 6-cı iddiaçı olacaq.

Hələlil şeyxin özündən bu barədə açıqlama almaq mümkün olmayıb.

Məlumatın yayılmasından dərhal sonra insan haqları qrupları FİFA-nın seçkilərə nəzarət komitəsini Şeyx Salmanın namizədliyini qeydə almamağa çağırıb.

Salmanla bağlı qaldırılan suallar ondan ibarətdir ki, o, 2011-ci ilin demokratiya nümayişlərində iştirak edən milli komanda üzvlərini adekvat müdafiə etməmişdi. Bəzi futbolçular bildirib ki, onlar hökumət qüvvələri tərəfindən saxlanılaraq işgəncələrə məruz qalıblar və bu hadisələr şeyxin Bəhreyn Futbol Assosiasiyasının rəhbəri olduğu vaxt baş verib.

XS
SM
MD
LG