Accessibility links

Beyrutda Hizbullahın istinadgahı raket atəşinə tutulub




Livan təhlükəsizlik xidmətinin nümayəndələri Hizbullah qrupunun Beyrutdakı istinadgahına iki raketin atıldığını bildirib.

Raket hücumları nəticəsində dörd nəfərin yaralandığı bildirilir.

Suriyada iki ildir davam edən münaqişənin gedişində Hizbullah qrupunun Beyrutun cənub hissəsində istinadgahı ilk dəfə olaraq hədəf alınır.
Suriyada vətəndaş müharibəsi Livanın özündə təriqət zəminində parçalanmanın güclənməsinə gətirib çıxarıb.

Raket hücumları Hizbullah lideri Həsən Nəsrullahın qrupun silahlı döyüşçülərinin onun sözlərilə, Suriyada radikal sünni islamçılara qarşı mübarizə aparmağa hazır olduğunu deməsindən sonra keçirilib.

Televiziyada yayımlanan çıxışı zamanı Nəsrullah deyib ki, onun təşkilatı özünü müdafiə etmək məqsədilə xaricə silahlı qüvvə göndərməklə yeni bir mərhələyə qədəm qoyub. Bu, ilk dəfədir ki, Həsən Nəsrullah Hizbullah döyüşçülərinin Suriyada münaqişəyə birbaşa cəlb olunduğunu etiraf edir. Qrupun onlarla döyüşçüsü Suriya ilə Livan sərhəddində strateji Qusayr şəhərində qətlə yetirilib.
XS
SM
MD
LG