Accessibility links

Bəhreyn kralı fövqəladə vəziyyəti erkən ləğv edəcək


Bəhreyn kralı fövqəladə vəziyyəti erkən ləğv edəcək

Bəhreyn kralı fövqəladə vəziyyəti erkən ləğv edəcək

Bəhreyn kralı ölkədə fövqəladə vəziyyətə erkən son qoyulması haqda göstəriş verib.

Dövlət mediası xəbər verir ki, kral Həməd əl-Xəlifə fövqəladə vəziyyəti təyin olunan müddətdən iki həftə əvvəl - iyunun 1-də qaldıracaq.

Bəhreyn hökuməti martın ortalarında ölkədə baş qaldıran şiə üsyanını yatırmaq üçün fövqəladə vəziyyət elan etmiş və ölkəyə sünni qonşulardan hərbi qüvvələr dəvət etmişdi.

Bu arada kralı devirmək ittihamı ilə həbs olunan 21 müxalifət liderindən 14-nün məhkəməsi başlanıb.

XS
SM
MD
LG