Accessibility links

Bəhreyn müxalifəti təhlükəsizlik qüvvələrini qətldə ittiham edir

  • Amerikanın səsi

Bəhreyndə müxalifət təhlükəsizlik qüvvələrini zorakı qarşıdurma zamanı bir etirazçını öldürməkdə günahlandırır.

Ölkənin ən iri şiə partiyası olan əl-Vefak cəsədin şənbə günü tapıldığını deyir. Əl-Vefak həmin adamın Salah Abbas Həbib olduğunu bildirib.

Bəhreynin Daxili İşlər Nazirliyi paytaxt Manamanın qərbində cəsəd tapıldığını təsdiq edib. Nazirlik qətl halı üzərində təhqiqat aparıldığını bildirir.

Cümə günü minlərlə adam Bəhreyndə küçələrə axışaraq ölkədə keçirilən Formul Bir avto-yarışı zamanı diqqəti ölkədəki siyasi duruma çəkib. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edərək kütlələri dağıdıb.

XS
SM
MD
LG