Accessibility links

Bəhreyn İran mallarını baykot edir


Bəhreyn İran mallarını baykot edir

Bəhreyn İran mallarını baykot edir

Bəhreynin ticarət palatası körfəz ərəb dövlətlərini İran mallarını baykot etməyə və Tehranla bütün maliyyə əməliyyatlarını dondurmağa çağırıb. Bəhreyn hökuməti rəsmi Tehranı ölkədə sabitliyi pozmaqda ittiham edir.

Dövlət mediasının verdiyi məlumata əsasən palata bütün bəhreynli biznesmenlər, ticarətçilər və şirkətlərdən iranlı həmkarları ilə idxal-ixrac əməliyyatlarını dayandırmağı xahiş edib.

Müracitədə habelə bütün İran bankları və maliyyə təsisatları ilə təmaslara son qoyulmasına çağırılır. Müraciət Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan başqa beş millətə də ünvanlanıb. Quruma Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt, Qatar, Oman və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

XS
SM
MD
LG