Accessibility links

Bəhreyndə siyasi məhbuslar azad olundu


Bəhreyndə siyasi məhbuslar azad olundu

Bəhreyndə siyasi məhbuslar azad olundu

Bəhreyndə müxalifətçi millət vəkilləri hökumətin ötən oktyabrdan bəri siyasi çevrilişə cəhd ittihamları ilə mühakimə edilən 23 şiə fəalın azadlığa buraxıldığını deyirlər. Qanunvericilər bəhreynli məhbusların dünən buraxıldığını təsdiq ediblər. Müxalifətə güzəşt əlaməti olaraq kral Həməd bin isa Xəlifə siyasi məhbusları əvf edib.

Dünən 100,000 adam paytaxt Manamada nümayiş keçirərək hökumətə etirazlarını bildiriblər. Kiçik ada milləti olan Bəhreynin cəmi yarım milyon əhalisi var ki, onların çoxunu şiələr təşkil edir. Əllərində bayraq yelləyən qadın və uşaqlar nümayişçilərə qoşularaq ölkədə həqiqi demokratik islahatlar və konstitutsional monarxiya təsis edilməsini tələb ediblər. Həbsdən azad olunanların bir çoxu həbsxanadan birbaşa nümayişin keçirildiyi Mirvari meydanına gəlib.

XS
SM
MD
LG