Accessibility links

Bəhreyndə daha 7 qanunverici səlahiyyətlərini təhvil verdi


Bəhreyndə daha 7 qanunverici səlahiyyətlərini təhvil verdi

Bəhreyndə daha 7 qanunverici səlahiyyətlərini təhvil verdi

Bəhreyn parlamenti 7 şiə qanunvericinin istefa ərizəsini qəbul edib. Onlar krallığın hökumət əleyhdarı nümayişçilərə qarşı son zorakılıqlarına etiraz olaraq səlahiyyətlərindən imtina ediblər. 18 şiə qanunverici fevral ayında istefa ərizələrini təqdim etmişdilər. Bundan əvvəl isə parlament onlardan 11-nin ərizəsini təsdiqləmişdi.

İstefalar 40 yerli parlamentdə üzvlərin sayını təxminən yarıya endirib. Bəhreyndə istefa verənlərin yerini doldurmaq üçün sentyabr ayında seçkilər keçiriləcək.

Sunnilərin idarə etdiyi Bəhreyn çoxu şiə olmaqla yüzlərlə nümayişçini həbs edib və hazırda onlarla insan xüsusi məhkəmə qarşısına çıxarılır. Ölkədə tətbiq edilməkdə olan fövqəladə vəziyyətin iyun ayının birində ləğvi gözlənilir.

XS
SM
MD
LG