Accessibility links

Bəhreyndə nümayişçilərə atəş açıldı


İnsanlar Salmaniyya hospitalında yaralanmış yaxınlarından xəbər gözləyirlər

İnsanlar Salmaniyya hospitalında yaralanmış yaxınlarından xəbər gözləyirlər

Bəhreyndə təhlükəsizlik qüvvələri paytaxt Manamanın Mirvari meydanına toplaşmağa çalışan izdihama atəş açıb. Son xəbərlərə görə nümayişçilərin gülləbaran edilməsi nəticəsində azı 50 adam yaralanıb.

Amerikanın Səsinin Bəhreyndəki müxbiri bir çox qurbanları xəstəxanada gördüyünü təsdiq edib, və onun sözlərinə görə onlarla yaralanan var. Xəstəxananın qarşısında toplaşan böyük izdiham "Rədd olsun Xəlifə!" deyə hayqırıb.

Mirvari meydanına yolanmazdan öncə bəhreynli etirazçılar bir gün əvvəl anti-hökumət nümayişçilərə qarşı hücumlar zamanı ölənlər üçün dəfn mərasimləri keçirirdilər.

Bu mərasimlər ərəb ölkəsi boyu yeni zorakılıq dalğasına yol aça bilər. Bəhreynin xarici işlər naziri Şeyx Xalid Bin Həməd əl-Xəlifə rejimin nümayişlərə qarşı addımını müdafiə edərək bunun vacib olduğunu bildirib. O, deyib ki, əsasən şiə nümayişçilər ölkəni təriqətlərarası uçuruma aparır. Ordu ictimai toplaşmaya qadağa qoyulduğunu bəyan edib.

Dünən süb çağı təhlükəsizlik qüvvələri Mirvari meydanında gözyaşaradıcı qazdan, qulaq batırıcı bombalardan və rezin güllərdən istifadə edib. Dünənki insidentdə ən azı 5 nəfərin həlak olduğu, 230-dan çox nümayişçinin isə yaralandığı bildirilir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG