Accessibility links

Bəhreyndə hökumət qüvvələri Mirvari meydanını müxalifətçilərdən təmizləməyə çalışır


Bəhreyndə hökumət qüvvələri Mirvari meydanını müxalifətçilərdən təmizləməyə çalışır
Bəhreyndə hökumət qüvvələri Mirvari meydanını müxalifətçilərdən təmizləməyə çalışır

Şahidlər Bəhreyn paytaxtı Manamada təhlükəsizlik qüvvələrinin müxalifət düşərgəsinə hücumu zamanı iki nümayişçini öldürdüklərini xəbər verirlər.

Təhlükəsizlik qüvvələri Mirvari meydanında toplaşmış nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. CNN toqquşmalar zamanı atəş səsləri eşidildiyini və bir neçə adamın yaralandığını xəbər verib.

Dünən Manamada siyasi fəallar və polis arasında baş verən toqquşma nəticəsində iki adam ölmüş, yüzlərlə insan yaralanmışdı.

Hökumət üsyanı yatırtmaq üçün fövqəladə vəziyyət elan edib.

Bəhreyn kralı Həməd bin İsa əl Xəlifə 1000 Səudiyyə Ərəbistanı əsgərinə və 500 Birləşmiş Ərəb Əmirlikləri polisinə hökumət binalarını qorumağa icazə verib. Minlərlə etirazçı Manamadakı Səudiyyə səfirliyinə yürüş keçirərək qoşunların gəlişini işğal adlandırıb.

XS
SM
MD
LG