Accessibility links

Bəhreyndə minlərlə nümayişçi hökumətin istefası və demokratik islahatlar tələbi ilə aksiya keçirib


Bəhreyndə minlərlə nümayişçi hökumətin istefası və demokratik islahatlar tələbi ilə aksiya keçirib
Bəhreyndə minlərlə nümayişçi hökumətin istefası və demokratik islahatlar tələbi ilə aksiya keçirib

Bəhreyndə minlərlə nümayişçi hökumətin istefası və demokratik islahatlar tələbi ilə aksiya keçirib. Aksiya iştirakçıları əllərində Bəhreyn bayraqları ilə şüarlar səsləndirib. Bu gün hökumət iki həftə əvvəl qarşıdurmalar zamanı öldürülən 7 nəfərin matəmini elan edib. Nümayişlərə sünnilərin başçılıq etdyi hökumt əleyhinə olan şiələr rəhbərlik edir.

Bu həftənin əvvələrində Bəhreyn kralı həbsdə olan onlarla şiə fəalın azad edilməsinə göstəriş verib. Onlar hökumət rəhbərliyi əleyhinə fəaliyyətə görə ittiham edilirdi. Ağ Evin bu gün açıqladığı bəyanatda deyilir ki. ABŞ-ın Milli Təhlükəsizlizk müşaviri Tom Donilon Bəhreyn şahzadəsi Salman Bin Hamad Əl-Xəlifə ilə ilə telefon söhbəti aparıb. Bəyanatda ABŞ-ın Bəhreyn hökumətinin siyasi islahatlara dair dialoqa hazır olduğunu alqışladığı bildirilir.

XS
SM
MD
LG