Accessibility links

Bəhreyndə müxalifət krala şərt qoyub


Bəhreyndə müxalifət krala şərt qoyub
Bəhreyndə müxalifət krala şərt qoyub

Bəhreyn müxalifəti kraldan parlamenti buraxmağı və uzun müddətli baş naziri işdən çıxarmağı tələb edir. Bir həftə davam edən ölümcül etiraz aksiyalarının ardınca müxalifət bu tələbləri kralla danışıqlara başlamaq üçün başlıca şərt kimi irəli sürüb.

Bir çox nümayişçilər gecəni paytaxt Manamanın Mirvari meydanında keçiriblər. Şiə əl-Vefaq hərəkatının nümayəndələri baş nazir Xəlifə bin Salman əl-Xəlifənin kabinetini son günlərdə altı adamın ölümünə və yüzlərlə adamın yaralanmasına səbəb olmuş basqılara görə günahlandırıblar. Kralın əmisi olan baş nazir 40 ildir ki, ölkəyə baş nazirlik edir.

XS
SM
MD
LG