Accessibility links

Bəhreyndə müxalifət liderləri həbs edilir


Bəhreyndə müxalifət liderləri həbs edilir

Bəhreyndə müxalifət liderləri həbs edilir

Bəhreyn müxalifətinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələrinin dünən paytaxtın əsas meydanına ölümlə nəticələnən reydindən və demokratiya tələb edən nümayişçiləri meydandan çıxarmasından bir gün sonra altı müxalifət lideri həbs olunub. Həbs edilənlər arasında şiələrin müxalifət lideri Həssən Muşaima, Vaad partiyasının lideri İbrahim Şərif və fəal Əbdül Vahad Hüseynin də olduğu deyilsə də onlara qarşı hansı ittihamların irəli sürüldüyü məlum deyil. Çərşənbə günü xəstəxana və müxalifət mənbələrindən alınan xəbərdə deyilirdi ki, Bəhreynin təhlükəsizlik qüvvələri Mirvari meydanından orada düşərgə salmış nümayişçiləri çıxararkən azı beş nəfər ölüb.

Bəhreyn hökuməti ölkədə cərəyan edən siyasi qarşıdurmaya son qoymaq məqsədilə fövqəladə vəziyyət elan edib. Bəhreyn dövlət televiziyası bu gün kral Həməd bin İsa Əl-Xəlifənin ordu başçısına əhalini vahiməyə salanlara qarşı lazımi ölçülər götürülməsi barədə göstəriş verdiyini bildirib.

XS
SM
MD
LG