Accessibility links

Bəhreyndə parlament seçkiləri keçirilir


Bəhreyndə parlament seçkiləri keçirilir

Bəhreyndə parlament seçkiləri keçirilir

Bəhreyn vətəndaşları yeni parlamentin tərkibini müəyyən etmək üçün bu gün səs verirlər. Seçkilər sünnilərin idarə etdiyi hökumətlə çoxluq təşkil edən şiələr arasında gərginliyin artdığı şəraitində keçirilir. Bu seçkilər 8 il öncə konstitutsiyanın qəbul edilməsindən bəri, ölkədə keçirilən üçüncü parlament seçkiləridir. Seçicilər parlamentin 40 üzvünü seçəcək. Müxalifət monarxiyanın demokratik islahatlardan geri çəkiləcəyindən və avtoritar quruluşu bərpa edəcəyindən ehtiyat edir. Son iki ay ərzində azı 250 şiə fəalı həbs edilib. 23 şiə isə hökuməti devirmək ittihamı ilə həbsdədir və onlar gələn həftə mühakimə ediləcək. Şiələr deyirlər ki, onlar ev, səhiyyə, təhsil sahələrində bərabər hüquqlar tələb edirlər, ancaq dövlət təsisatları onların şikayətlərini nəzərə almır.

XS
SM
MD
LG