Accessibility links

Bəhreyndə toqquşmalar olub

  • Amerikanın səsi

Bəhreyndə toqquşmalar olub

Bəhreyndə toqquşmalar olub

Sünnilərin idarə etdiyi Bəhreyndə etiraz aksiyaları zamanı öldürülmüş 15 yaşlı şiə oğlanın dəfnində toqquşma baş verib. Polis mərasim iştirakçılarına qarşı gözyaşardıcı qaz və səksəndirici qumbaralardan istifadə edib.

Əllərində Bəhreyn bayraqları yelləyən minlərlə adam paytaxt Manamanın cənubunda Sitra adasında oğlanın ölümünü yas etməyə toplaşıblar.

Müxalifət oğlan uşağının yaxn məsafədən qaz kanistri ilə vurulduğunu deyir. Amma hökumət orqanları bu iddiaları sual altına alaraq təhqiqat aparılacağını bildiriblər.

Bütün 2011-ci il boyu təhlükəsizlik qüvvələri nümayişçilərlə toqquşublar. Tunis və Misirdə baş verən xalq üsyanlarından ilham alan bəhreynlilər demokratiya tələb edirlər. Bəhreyndə cərəyan edən toqquşmalarda bir polis daxil olmaqla azı 35 adam həlak olub.

XS
SM
MD
LG