Accessibility links

Müğənni Castin Biber maşını səhlənkarcasına idarə etmək və həbsə müqavimət ittihamları ilə həbs edildikdən 7 ay sonra günahını etiraf edib.

Qiyabi şəkildə mühakimə edilən Biberin məhkəməsi Mayamidə keçirilib.

20 yaşlı pop ulduzu əsəblərin idarə olunmasına dair 12 saatlıq kurs götürməli, məhkəmənin xərclərini ödəməli və 50 min dollarlıq xeyriyyəçilik etməlidir.

Kanadalı Biber və R&B janrında ifa edən müğənnisi Xəlil Əmir Şərif yanvar ayında sakit keçədə ekzotik sport maşınların yarışına görə həbs edilmişdi.

Castin həmin vaxt içkili olub. Sidik təhlilləri onun marixuana çəkdiyini də sübut edib.

XS
SM
MD
LG