Accessibility links

Castin Biber səhnədən gedirmi?


Castin Biber Power 106 Radio studiyası qarşısında toplaşmış qadın pərəstişkarları ilə şəkil çəkdirirməklə onlara diqqət göstərdiyini nümayiş etdirib.

Müsahibə zamanı gənc müğənni musiqi fəaliyyətini dayandıracağını dedikdə pərəstişkarlarının üzündəki gülüş yox olur.

19 yaşlı ulduz bu barədə Los Ancelesdə keçirilən şou proqramda yeni albomu çıxdıqdan sonra təqaüdə çıxacağını deyib. Görəsən Biber həqiqətən də fəaliyyətini dayandırır? Yox. 19 yaşlı ulduz rəssamlıq fəaliyyətinə başlayacağını və müğənni sənətini yeni üslubda davam etdirəcəyini deyib.

Castin söhbət zamanı tənqidçilərinə cavan olduğundan həyatda səhvlər etməsinin normal olduğunu və səhnədə pərəstişkarları və musiqi xatirinə olduğunu deyib. Belə görünür ki, müğənni musiqi sənətini dayandıracağını deməsi ilə sadəcə zarafat edib.
XS
SM
MD
LG