Accessibility links

Kanadalı pop ulduzu Castin Biber daha bir qalmaqala səbəb olub. Müğənni Yaponiya tətili zamanı İkinci Dünya Müharibəsi cinayətlərinə dair məbədi ziyarət edib.

Onun Yasukuni məbədi qarşısında çəkdirdiyi şəkillərini 16 milyon pərəstişkarı olan Instagram-da və 51 milyon pərəstişkarı olan Twitter-də yayması böyük tənqidlərlə qarşılanıb.

Şəbəkələrin istifadəçiləri Biberin Çin xalqını təhqir etdiyinə görə üzr istəməsini tələb edib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qin Qanq deyib ki, müğənni Yaponiyanın militarizm tarixini öyrənməlidir.

Daha sonra Instagram-da təəssüfünü bildirən 20 yaşlı müğənni deyib ki, o, məbədin ibadət yeri olduğunu düşünüb. Biber əlavə edib ki, mən Çini və Yaponiyanı sevirəm.
XS
SM
MD
LG