Accessibility links

ABŞ-ın vitse-prezidenti Cənubi Koreyadadır. Co Bayden Çinin yeni hava müdafiə sisteminə dair gərginliklərlə bağlı müzakirələr keçirir. Sabah onun Cənubi Koreya prezidenti Park Geun-hayla görüşü planlaşdırılır.

daha əvvəl Çində olan Co Bayden Çinin Şərqi Çin dənizindəki yeni hava müdafiə zonasının regiona ciddi təhlükə olduğunu deyib. Cənab Bayden bu gün Pekində ABŞ-ın bir qrup biznesmeninə deyib ki, o, bu barədə fikirlərini Çin prezidenti Si Jinpinqlə görüşü zamanı bildirib.

Çərşənbə günü Çin prezidenti ilə 5 saatdan çox müzakirələr aparan Bayden Vaşinqtonun həmin zona ilə bağlı narahatlığını bildirib.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Çin prezidenti Si də Çinin bu zona və mübahisəli ərazilərlə bağlı mövqeyini açıq şəkildə izhar edib.
XS
SM
MD
LG