Accessibility links

Mixail Saakaşvili Bidzina İvanişvili ilə görüşüb


Bu gün Tbilisidə prezident Mixail Saakaşvili və parlament seçkilərində qalib gələn “Gürcüstan Arzusu” koalisiyasının rəhbəri Bidzina İvanişvili görüş keçirib.

Müzakirələr zamanı onlar Gürcüstanın Qərblə əməkdaşlığının davam etdirilməsinin tərəfdarı olduqlarını bildirib.

Ekspertlər İvanişvilini Rusiya tərəfdarı adlandırsalar da, onun Qərblə əməkdaşlığa maraqlı olduğunu bildirirlər. İvanişvili baş nazir kimi ilk xarici ölkə səfərini Amerikaya edəcəyini deyir. O, həm də Rusiya ilə münasibətlərin normallaşdırılması tərəfdarıdır.
XS
SM
MD
LG