Accessibility links

Castin Biber cinayətdə təqsirləndirilə bilər


Castin Biber azad adamdır. Amma Los Anceles şəhər polisi onun evində reyd keçirdikdən sonra, müğənni vandalizm cinayətinə dair təhqiqatlardan tam olaraq bəraət qazanmayıb.

Biberin Lil Za adlı dostu axtarış zamanı kokain tapılmış yerdə olduğuna görə kokaindən istifadədə təqsirli bilinərək həbs edilib.

Hadisə belə olub. Təqribən onlarla detektiv Castın Biberin evinin qarovulçuları ilə əlaqə saxlayıb, onun Kalabasasdakı evinə daxil olub və qapı-qonşusunun evinə yumurta atma hadisəsindən sonra dəymiş minlərlə dollar dəyərində zərərlə Biberin əlaqəsini təhqiq edib.

Los Anceles şerif ofisi Biberlə yeddi və ya səkkiz nəfərin əlbir olduğunu ehtimal edir. Lakin polis qarovulçulardan yaşayış məntəqəsinin içərisində quraşdırılmış video kameraya düşmüş görüntüləri və digər dəlilləri tələb edib. Bu dəlillər müğənninin işini əngələ sala bilər. Təhqiqat davam edir. Amma atılmış yumurtalar qonşunun evinin divarlarını doğurdan da bərbad hala salıb. Görək polis Biberin hadisədə əli olduğunu sübut edə biləcək ya yox.
XS
SM
MD
LG